“Heç bir ölüm hadisəsi olmayıb...” - Partlayışla bağlı açıqlama

10:49 | 27.01.2018
“Heç bir ölüm hadisəsi olmayıb...” - Partlayışla bağlı açıqlama

“Heç bir ölüm hadisəsi olmayıb...” - Partlayışla bağlı açıqlama

"Hadisənin necə olduğunu demək üçün hələ tezdir. İlkin versiyada qaz sızmasının olduğu ehtimal olunur”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Azəriqaz İstehsalat Birliyinin baş direktor müavini Ruslan Əliyev partlayışla bağlı jurnalistlərə açıqlamasında bildirib.
Qurum rəsmisinin sözlərinə görə, sözügedən ərazidən "Azəriqaz"a məxsus hər hansı bir qaz kəməri keçmir:

"Qaz kəməri yolun əks tərəfindən keçir. Buradan keçən qaz kəməri isə MTK-ya məxsusdur və hündürmərtəbəli binanı qazlaşdırır. Həmin ərazidə dünən qazıntı işi aparılıb. Binanın düz yanında. Çox güman ki, kəmərə toxunulub. 

Heç bir ölüm hadisəsi olmayıb, yüngül bədən xəsarəti alan bir nəfər var”. 

Qeyd edək ki, səhər saatlarında Nəsimi rayonu, Dəmir yolu vağzalının yaxınlığındakı yaşayış binasında partlayış hadisəsi baş verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb