Həkimlər piylənməyə səbəb olan əsas səhvləri sadalayıb

15:11 | 16.06.2019
Həkimlər piylənməyə səbəb olan əsas səhvləri sadalayıb

Həkimlər piylənməyə səbəb olan əsas səhvləri sadalayıb

Rusiyanın Səhiyyə Nazirliyinin ştatdan kənar mütəxəssis-terapevti Oksana Drapkina, piylənməyə səbəb olan əsas vərdişləri qeyd etmişdir.
Anews.az deyerler.org-a istinadən bildirir ki, artıq çəkinin əmələ gəlməsi uşaqlıqdan başlayır. Drapkina piylənmənin əsas səbəblərindən biri kimi enerjinin qəbulu və sərf olunmasını qeyd etmişdir.
İnsanlar normadan artıq qida qəbul edir, lakin onu fiziki aktiv olaraq sərf etmir. Yəni qidalanma vasitəsi ilə alınan enerjinin sərf olunması üçün uyğun fiziki aktivlik baş vermir. Nəticədə orqanizm, qidayla qəbul edilərək, lakin tam sərf edə bilmədiyi enerjini bədənin piy ehtiyatına çevirir.
Drapkina, həmçinin, şirələrin və qazlı suların daima şirin qidalara meyillilik yaratdığını bildirir. Bu da, öz növbəsində artıq çəkinin əmələ gəlməsinə səbəb olur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb