Hərbçilərimiz Əfqanıstandan qayıtdı

13:00 | 26.10.2017
Hərbçilərimiz Əfqanıstandan qayıtdı

Hərbçilərimiz Əfqanıstandan qayıtdı

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə Anews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-də başlayıb.



Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM