Hərbiçimiz cəbhə bölgəsində minaya düşüb

19:50 | 06.01.2015
Hərbiçimiz cəbhə bölgəsində minaya düşüb

Hərbiçimiz cəbhə bölgəsində minaya düşüb

Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.

ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib. Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.
 
Məmmədov Şamo Əhməd oğlu 1979-cu ildə Şəki rayonunda anadan olub.  

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb