Həyat yoldaşından Vaqif Səmədoğluya cavab: “Ölümlə də zarafat edir”

11:30 | 30.10.2014
Həyat yoldaşından Vaqif Səmədoğluya cavab: “Ölümlə də zarafat edir”

Həyat yoldaşından Vaqif Səmədoğluya cavab: “Ölümlə də zarafat edir”

Uzun müddətdir ki, səhhətindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlunun tədbirlərin birində etdiyi çıxışı az qala bütün xəbər portalları və qəzetlər “Hamınızı yasıma dəvət eləyirəm” başlığı altında yayımladı.Təsirli çıxış ölkə mətbuatında rezonansa səbəb olub. Yazıda təsiri artıran məqamlardan biri də şairin həyat yoldaşı Nüşabə xanım barəsində söylədiyi fikirlər idi. Modern.az saytı uzun müddətdir ki, mədə xərçəngindən əziyyət çəkən şairə yorulmadan qulluq edən Nüşabə xanımdan həmin yazı barəsində fikirlərini öyrənib.V.Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova Modern.az saytına ərinin qəmgin çıxışı baradə bunları danışıb:“Bu çıxış bir ay əvvəl Vaqif  Səmədoğlunun Amerikadakı kitabının prezentasiyasında edilib. Vaqif müəllim yumorlu insandır. O, hər şeyə zarafatla baxır. Ölümlə də zarafat edir. Həyata da yarıciddi, yarızarafla yanaşır”.V.Səmədoğlunun bu sözlərinin ona necə təsir etdiyini soruşanda isə Nüşabə xanım “biz onun bu xəstliyilə il yarımdır mübarizə aparırıq”  deyə cavab verib.V.Səmədoğlunun indiki vəziyyətindən danışan Nüşabə xanım hazırda xəstəxanada olduqlarını bildirib. “İndi oturmuşuq burada. Bir azdan evə gedəcəyik. Vaqif Səmədoğlunun çox yaxşı, gözəl həkimi var”.Qeyd edək ki, xalq şairi rezonans doğuran yazısında həyat yoldaşına bu cüməlıəri ünvanlamışdı: “O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm.Mən bilmirəm ölüm yaxındır, ya uzaq, mən bilmirəm ölüm istidir, ya sazaq. Bircə onu bilirəm ki, mən ölsəm, Nüşabə yazıq olacaq... “.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM