Heydər Əliyevə görə AMEA-da Stalinin şəkli asıldı

18:12 | 06.06.2014
Heydər Əliyevə görə AMEA-da Stalinin şəkli asıldı

Heydər Əliyevə görə AMEA-da Stalinin şəkli asıldı

“Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında kommunist liderlərinin şəkillərinin asılması Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi filmlə əlaqədardır”.
 
Bu sözləri Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən AMEA-nın əsas binasında Stalin, Lenin və digər kommunist liderlərin şəklinin asılması ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirdilər.
 
Əlavə etdilər ki, kinorejissor V.Mustafayevin çəkəcəyi filmin bəzi səhnələrinə əsasən şəkillər AMEA-nın binasına asılıb:
 
“Şəkillər binadan razılaşdırılmış formada asılıb. Heydər Əliyev haqqında çəkiləcək filmlə əlaqədardır. Filmin bəzi süjetləri binada çəkiləcək. Hələlik nə vaxta qədər qalacağı məlum deyil”.
 
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının qarşısında Stalin, Lenin və digər kommunist liderlərinin şəkilləri asılıb və bu, vətəndaşların təəccübünə səbəb olub.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM