Heygel Qafqaza gəlir

12:21 | 06.09.2014
Heygel Qafqaza gəlir

Heygel Qafqaza gəlir

Heygelin səfəri ABŞ-ın Gürcüstana dəstəyini nümayiş etdirirABŞ-ın müdafiə naziri Çak Heygel sentyabrın 6-da Gürcüstana gəlir.ANS PRESS-in məlumatına görə, NATO-nun Böyük Britaniyada keçirilən sammitindən sonra Heygelin Tiflisə səfər edəcəyi bəlli olub.Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, Heygel ölkə rəsmiləri ilə İŞİD-ə qarşı mübarizədə onların verə biləcəkləri köməyi müzakirə edəcək.Gürcüstan müdafiə naziri Irakli Alasaniya Reuters-ə deyib ki, Heygelin səfəri ABŞ-ın Gürcüstana dəstəyini nümayiş etdirir.Alasaniya həm də bu səfərin ABŞ-la müdafiə sahəsində əlaqələrin dərinləşəcəyinə səbəb olacağını gözləyir.Gürcüstan Moskvanın qəti əleyhinə baxmayaraq, hərbi alyansa qoşulacağına inanır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM