Hindistanda qatar qəzasının səbəbi məlum oldu

15:25 | 04.06.2023
Hindistanda qatar qəzasının səbəbi məlum oldu

Hindistanda qatar qəzasının səbəbi məlum oldu

Hindistanın Odişa əyalətində 294 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının səbəbi məlum olub.

Fəlakətin səbəbini ölkənin dəmir yolları, rabitə, elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav açıqlayıb.

"Biz fəlakətin səbəbini və buna görə məsuliyyət daşıyanları müəyyən etdik. Bu, elektron bloklamanın dəyişməsi səbəbindən baş verib”, - deyə bildirib.

Eyni zamanda o, baş verənlərə görə məsuliyyət daşıyanların adlarını açıqlamayıb və qeyd edib ki, hazırda hakimiyyət qatarların hərəkətinin bərpasına diqqət yetirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM