Hüseyn Dəryanın ölümü niyə gizlədilib? - TƏFƏRRÜAT

13:37 | 15.03.2014
Hüseyn Dəryanın ölümü niyə gizlədilib? - TƏFƏRRÜAT

Hüseyn Dəryanın ölümü niyə gizlədilib? - TƏFƏRRÜAT

Bu gün dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın ölümü ilə əlaqədar bəzi məqamlara aydınlıq gəldiBu gün dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın ölümü ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirilib. 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyevin ANS PRESS-ə verdiyi məlumata görə, Hüseyn Dərya bu gün saat 09:30 radələrində keçinib. Həkimin sözlərinə görə, reper xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub.“Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Biz onun öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı”, - deyə Namiq Dəmirçiyev bildirib.Namiq Dəmirçiyev onu da əlavə etdi ki, bunadək 2 həftə dalbadal Hüseyn Dərya xəstəxanaya gətirilib. Hər dəfə də o, qəbul etdiyi narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Lakin həkimlər onun həyatını xilas edə bilmişdilər.“Bu dəfə onu xilas edə bilmədik. Onun xəsarətləri ağır idi”, - deyə həkim bildirib.Hüseyn Dəryanın qəzaya düşərkən narkotik vasitə qəbul etdiyi barədə suala isə Namiq Dəmirçiyev bunun hələ dəqiq məlum olmadığını bildirdi. Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb. Hüseyn Dərya dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hüseyn Dərya qəza nəticəsində qapalı kəllə-beyin travması alıb. Sağ qamış sümüyü sınıb. Onu reanimasiya şöbəsinə yerləşdirilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb