İbrahimoviç karyerasını harada bitirəcəyindən danışdı

22:47 | 02.05.2014
İbrahimoviç karyerasını harada bitirəcəyindən danışdı

İbrahimoviç karyerasını harada bitirəcəyindən danışdı

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi jurnalına danışan isveçli forvard karyerasını məhz PSJ-də başa vurmaq istədiyini deyib:
"Son zamanlar müxtəlif qəzetlərdə haqqımda yanlış məlumatlar dərc olunur. Mənim PSJ-dən ayrılacağımı iddia edirlər. Ancaq belə bir şey yoxdur. Parisdə çox xoşbəxtəm və karyeramı da elə bu klubda başa vurmağı düşünürəm".
Qeyd edək ki, İbrahimoviç 2012-ci ilin yayında "Milan"dan PSJ-yə transfer olunub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb