İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... – Nə etməli?

11:19 | 22.08.2019
İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... – Nə etməli?

İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... – Nə etməli?

 Bu ictimai məsuliyyətsizlikdir.
 
Bu sözləri Anews.az saytına açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib. Onun sözlərinə görə: "Valideyni tərəfindən azyaşlının ayağından zəncirlənməsi barədə fakt ictimailəşməzdən bir gün öncə Bakı Şəhər Baş Polis idarəsinə daxil olub. Sosial şəbəkə vasitəsilə faktı ötürən şəxs öz anonimliyini xahiş etməklə, rastlaşdığı hüquqazidd əməl barədə polisi məlumatlandırmaqla vətəndaşlıq mövqeyi nümayiş etdirib".


Faktın təsdiqini tapması, Kütləvi İnformasiya Vasitlərinin məsələyə həssas münasibəti göstərir ki, ətrafımızda rastlaşdığımız hüquqazidd əməllər barədə polisin məlumatlandırılması cəmiyyətimizdə sosial-neqativ hallara qarşı mübarizənin yaxşılaşmasına xidmət edir.


Sosial şəbəkələrdə və digər ictimai yerlərdə "Polis bilir”, "Polis məlumatlıdır”, "Polisin işidir, mənə nə...”, "Polis görmür?” - deyə səsləndirilən şüarlarla müzakirə olunan hüquqazidd əməllər, əhəmiyyətinə və mənəvi yükünə görə, ictimai məsuliyyətsizlikdir, yaxud səhlənkarlıqdır.


Paytaxtımızda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı qorunması və təminatı hər birimizin üzərinə düşür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM