İdarə rəisi kabinetində döyülüb - Azərbaycanda

09:40 | 04.07.2017
İdarə rəisi kabinetində döyülüb - Azərbaycanda

İdarə rəisi kabinetində döyülüb - Azərbaycanda

Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb.
 
 "Report”  xəbər verir ki, hadisə şəhərdə yerləşən "Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb.
 
Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.
 
Münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.
 
Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb