II Nikolayın “Rolls Royce”u satışa çıxarıldı

19:22 | 26.01.2018
II Nikolayın “Rolls Royce”u satışa çıxarıldı

II Nikolayın “Rolls Royce”u satışa çıxarıldı

Sonuncu rus imperatoru II Nikolaya məxsus olmuş, 1914-cü ilin "Rolls Royce Silver Ghost” kabrioleti  auto.ru saytında təxminən 278 milyon rubla satışa çıxarılıb.

Anews.az xəbər verir ki, bu model 1905-1926-cı illərdə istehsal olunub, texniki cəhətdən (etibarlılıq, mühərrikin kənar səslərinin az olması, avadanlıqların yüksək keyfiyyətli olması) daha müasir olub. 20 il ərzində bu modeldən  8416 ədəd istehsal edilib.

II Nikolayın ölümündən sonra avtomobilə kolleksioner yiyələnib və onu Las-Veqasda ictimai nümayişə çıxarıb. Daha sonra "Rolls Royce”  digər kolleksionerin əlinə keçib və Almaniya bunkerində gizlədilib. Onun ölümündən sonra əntiq maşından əsər -əlamət olmayıb. Yalnız bunkerin aşkarlanmasından sonra avtomobil yenidən satışa qoyulub. Sonuncu dəfə bu maşın 2013-cü ildə Almaniyada 5.5 milyon avroya hərraca çıxarılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb