İki əfsanəvi döyüşçü Las-Veqasda üz-üzə gələcək

14:35 | 15.06.2017
İki əfsanəvi döyüşçü Las-Veqasda üz-üzə gələcək

İki əfsanəvi döyüşçü Las-Veqasda üz-üzə gələcək

Publikanın maraqla gözlədiyi döyüş baş tutacaq. Əfsanəvi boksu Floyd Meyvezer və UFC ulduzu Konor MakQreqor rinqdə üz-üzə gələcəklərini təsdiqləyiblər.

Anews.az goal.az-a istinadən xəbər verir ki, qarşılaşma 26 avqustda Las-Veqasda boks qaydaları ilə keçiriləcək.

Meyvezer 2015-ci ildə boks karyerasını başa vurmuşdu. O, rinqdə keçirdiyi 49 görüşün hamısında qələbə qazanmışdı. MakQreqor boks qaydaları ilə heç vaxt döyüşməyib. MMA-da 21 döyüş keçirən irlandiyalı idmançı 3 dəfə uduzub. Bununla belə Konor UFC tarixində yüngül və orta çəkidə dünya kəmərinin sahibi olan ilk döyüşçüdür.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM