İKT sahəsində iki ixtisas üzrə magistr və doktorantura şöbələri yaradılacaq

18:32 | 02.01.2014
İKT sahəsində iki ixtisas üzrə magistr və doktorantura şöbələri yaradılacaq

İKT sahəsində iki ixtisas üzrə magistr və doktorantura şöbələri yaradılacaq

Azərbaycanda Robototexnika və İntellektual sistemlər (Süni intellekt) ixtisasları üzrə magistr və doktoranturaların yaradılması, qəbul və elmi dərəcələrin verilməsi planlaşdırılır. Yeni elmi istiqamətlərin Qafqaz Universitetində açılması nəzərdə tutulub.

 

Bunu Qafqaz Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzinin müdiri Xəyyam Məsiyev bildirib.

Onun sözlərinə görə, bu sahədə ölkədə elmi-tədqiqat işlərinin aparılmasına zərurət var: “Hazırda Universitetin İKT Elmi-Tədqiqat Mərkəzinin əsas işçi qüvvəsi Kompüter Mühəndisliyi ixtisası olan tələbələrdən ibarətdir. Xüsusi olaraq Robototexnika və İntellektual sistemlər (Süni intellekt) ixtisasları üzrə magistr və doktoranturalar açılarsa, mərkəzimizdə elmi-tədqiqat işlərini daha rahat şəkildə apara bilərik. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılıb. Artıq bu ildən Qafqaz Universitetinin nəzdində bu fakültələrin açılmasını planlaşdırırıq”.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb