İlham Əliyev: "Bank sektorunun sağlamlaşdırılması prosesi sürətləndirilməlidir"

13:20 | 26.01.2016
İlham Əliyev:

İlham Əliyev: "Bank sektorunun sağlamlaşdırılması prosesi sürətləndirilməlidir"

"Tələbələrə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Biz bank sektorunu sağlamlaşdırmalıyıq. Bu proses təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik".
 
APA-nın məlumatına görə, bunu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı”nın icrasının ikinci ilinin yekunlarına  həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
 
Dövlət başçısı deyib ki, bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir: "Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif  gedir. Bu gün konfransın davamında bu məsələ geniş müzakirə olunmalıdır. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM