İlham Əliyev: “Bu, Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir”

20:45 | 22.05.2015
İlham Əliyev: “Bu, Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir”

İlham Əliyev: “Bu, Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir”

"Hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır”

"Təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar, bəzi hallarda işğalçı ilə işğala məruz qalan tərəflərin eyniləşdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir”.
 
APA-nın məlumatına görə, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bu tipli problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsi Azərbaycan üçün çağırışdır:
 
"Biz 20 ildən artıqdır ki, Ermənistanın işğalından əziyyət çəkirik. Hesab edirəm ki, keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni beynəlxalq hüquq normaları prizmasından baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq edilməlidir. Çünki hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır”.
 
Azərbaycanın qlobal təhdidlərə, o cümlədən terrorizmə qarşı mübarizənin fəal iştirakçısı və beynəlxalq antiterror koalisiyasının üzvlərindən biri olduğunu deyən İ. Əliyev bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən biri terrorizmə qarşı mübarizəyə həsr olunub. "Çünki terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycan kifayət qədər problemlərlə üzləşib. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilib, nəticədə 2000-dən artıq soydaşımız qətlə yetirilib”, - deyə o vurğulayıb.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb