İlham Əliyev bu gənclərə xüsusi təqaüd ayırdı - SƏRƏNCAM

19:09 | 21.12.2016
İlham Əliyev bu gənclərə xüsusi təqaüd ayırdı - SƏRƏNCAM

İlham Əliyev bu gənclərə xüsusi təqaüd ayırdı - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli fərmanına uyğun olaraq, musiqi sahəsində xüsusi istedadı olan Behbudov Rəşid Ələddin oğlu və İsmayılova Nərminə Zahid qızının adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılacaq, onlar xüsusi aylıq təqaüdə layiq görüləcəklər.
 
Hər iki gənc istedad Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM