İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşdü - YENİLƏNİB

10:45 | 18.01.2017
İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşdü - YENİLƏNİB

İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşdü - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.
 
ANN.Az xəbər verir ki, CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib.
 
Prezident İlham Əliyev isə Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğulayıb.
 
Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
 
*** 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.
 
Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb