İlham Əliyev Donald Tuskla görüşdü - FOTOLAR

14:18 | 22.07.2015
İlham Əliyev Donald Tuskla görüşdü - FOTOLAR

İlham Əliyev Donald Tuskla görüşdü - FOTOLAR

"Gәlәcәkdә artıq münasibәtlәrin normallaşmasından danışa bilәrik".

İyulun 22-də rəsmi qarşılanma mərasimindən sonra prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.


İlham Əliyev Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib

ANS PRESS-in məlumatına görə, tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun təkbətək görüşü olub.


Donald Tusk və İlham Əliyev

Görüşdən sonra isə İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub. Onlar mətbuataı maraqlandıran bir sıra məqamlara toxunublar. ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, Tusk bildirib ki, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır. Görüşlərdə də gələcəkdə atacaq addımlar, viza rejiminin sadələşdirilməsi barədə danışılıb, müzakirələr apaçrılıb. 

İlham Əliyev isə qeyd edib ki, görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəs, həll yolları müzakirə edilib. "Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Xalqımız etnik təmizləməyə məruz qalıb. Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gәlәcәkdә artıq münasibәtlәrin normallaşmasından danışa bilәrik".


Birgə mətbuat konfransı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb