İlham Əliyev Etibar Pirverdiyevə belə irad bildirmişdi: "Utanın" - VİDEO

16:55 | 04.09.2018
İlham Əliyev Etibar Pirverdiyevə belə irad bildirmişdi:

İlham Əliyev Etibar Pirverdiyevə belə irad bildirmişdi: "Utanın" - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Etibar Sinabəddin oğlu Pirverdiyev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Qeyd edək ki, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş vermişdi. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranmışdı. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

BiG.AZ xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı 04.07.2018-ci ildə təşkil etdiyi müşavirədə "Azərenerji” ASC-nin eks sədri Etibar Pirverdiyevə belə irad bildirmişdi. 

"Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi, yumşaq desək, böyük səhvdir. Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. 

Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında. 

İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar...”

İlham Əliyev qeyd edib ki, hadisə nəticəsində ölkəyə böyük iqtisadi ziyan dəyib.

"Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramı sahəsində hər il böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir. 

Son 15 il ərzində 30 stansiya tikilib. Elə sistem qurulmalı idi ki, ölkənin enerji sistemi çökməsin. 

Niyə bölgələrdəki elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Yoxsa havalar isti keçir, istehlak artır – bu məni qane edə bilməz”, - deyə dövlət başçısı vurğulayıb və qeyd edib ki, məsələni çox ciddi araşdırmaq lazımdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb