İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi

16:54 | 08.10.2014
İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi

İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi

Prezident İlham Əliyev oktyabrın 8-də “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.

ANN.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, görüşdə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub. Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb.

Söhbət zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Formula-1” yarışının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib. 

Bu tədbirin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb