İlham Əliyev Gəncəyə 5 milyon manat ayırdı

19:01 | 18.02.2016
İlham Əliyev Gəncəyə 5 milyon manat ayırdı

İlham Əliyev Gəncəyə 5 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına görə, Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM