İlin ən çox qazanan aktrisaları -SİYAHI

18:34 | 05.09.2014
İlin ən çox qazanan aktrisaları -SİYAHI

İlin ən çox qazanan aktrisaları -SİYAHI

Aktrisa Sofiya Verqara "Forbes" jurnalının hesablamasına əsasən televiziya aləminin ən varlı sənətçisi adına layiq görülüb. ANS PRESS-in məlumatına görə, "Amerikan ailəsi" serialının qəhrəmanı olan Sofiya 12 ay ərzində 37 milyon dollar pul qazanıb. Nəticədə isə üç il ard-arda olaraq siyahıya başçılıq edib. 42 yaşlı aktrisa televiziyada yayımlanan filmlər ilə yanaşı olaraq Diet Pepsi, Cover Girl, Kmart kimi məşhur brendlərin reklam çarxlarından da gəlir əldə edir. Siyahının ikinci sırasında aktrisa Marişka Harqitey dayanıb, onun gəliri 13 milyon dollardır. Üçüncü yerdə isə 11 milyon dollar ilə Keyli Kuoko qərarlaşıb. Marişka daha çox "Böyük partlayışın teoriyası" filmindən tanınır. Növbəti sıralarda Culianna Marqulis, Ellen Pompeo və Kobi Smolders 10 milyon ilə 4-cü yerə laiq görülüblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb