İmran Əliyev həbs edilib

19:34 | 19.04.2024
İmran Əliyev həbs edilib

İmran Əliyev həbs edilib

Xətai Rayon Məhkəməsi "Məclis.info” saytının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə  həbs qətiimkan tədbiri seçib.  Bu barədə Qafqazinfo məlumat verib.

Sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Turan İnformasiya agnetliyinin yazdığına görə, məhkəmə iclasında Əliyev fiziki təzyiqlərə məruz qalmasından şikayətlənib.
 
Əliyevin yaxınları Turan-a bildiriblər ki, o elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb.
 
Müdafiə tərəfi həbs qərarından apellyasiya verəcəyini bildirib. 
 
*Ötən il noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. Nəşrin ofisində axtarış zamanı polis 40 min avro "tapıb".

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq)  ittiham irəli sürülüb. Onları 5 ildən 8 ilədək həbs təhlükəsi gözləyir. Onlar xarici donorlardan qanunsuz qrant almaqda ittiham olunurlar.
 
Həmçinin Toplum TV-nin təsisçisiləri Ələsgər Məmmədli və Akif Qurbanov eyni maddələrlə ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə çağırıblar.
 
N.Təbrizli
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb