In generalı edam etdirdi

22:46 | 27.06.2018
In generalı edam etdirdi

In generalı edam etdirdi

Şimali Koreyada ölkənin rəhbəri Kim Çen Inın göstərişi əsasında general-leytenant Xyon Çu Son edam edilib.
Oxu.Az xəbər verir ki, bu haqda "Daily Mail” məlumat yayıb.
Yüksək çinli zabiti Pxenyanda, hərbi akademiyanın ərazisində güllələyiblər. O, "səlahiyyətlərini aşmaqda”, "düşmənə vasitəçilik etməkdə” və "kompartiyaya qarşı fəaliyyətdə” təqsirli bilinib.
Nəşrin məlumatına görə isə, əsl səbəb generalın tabeçiliyində olan hərbçilər və onların ailələlərinə əlavə ərzaq azuqələri verməsidir. Hərbi xidmətçilər əlavə bir neçə ton yanacaq, 580 kiloqram izafi düyü və 750 kiloqram izafi qarğıdalı ilə təmin olunub. Bu isə Kim Çen Inın hiddətinə səbəb olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb