Çindən "Bitcoin"ə ağır zərbə

16:40 | 06.09.2017
Çindən

Çindən "Bitcoin"ə ağır zərbə

Rəqəmsal valyutaların dünya iqtisadiyyatına təsirləri davam edir.

anews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki "Bitcoin”, "Ethereum” daxil olmaqla, 1060-a yaxın fərqli növü olan kriptovalyutalar təkcə virtual aləmdə deyil, real həyatda da mühüm yer tuturlar.

Artıq alış-verişdə, restoranlarda, bir sıra əyləncə mərkəzlərində istifadə edilən "Bitcoin”ə investorların da marağı artıb. Xüsusilə dünyada özünü texnologiya sahəsində tanıdan şirkətlər investor resursları tapmaq əvəzinə "Bitcoin” istehsal etməyə başlayıblar.

Nəzərə çatdıraq ki, Çin virtual pul vahidlərinin istehsalını qadağan edib. Bu qərar kriptovalyutaların dəyərində azalmaya səbəb olub. Xüsusilə 1 sentyabrda dəyəri 5000 dolları keçən "Bitcoin" 20 faiz ucuzlaşdı. Çinin bundan sonra daha sərt addımlar atacağına dair məlumatlar bazardakı gərginliyi artırır.








www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb