İngiltərə və Almaniya klubları razılığa gəldi

17:46 | 29.01.2018
İngiltərə və Almaniya klubları razılığa gəldi

İngiltərə və Almaniya klubları razılığa gəldi

"Arsenal” Almaniyanın "Borusia” komandası ilə Pyer-Emerik Obameyanqın transferində razılığa gəlib.

Anews.az xəbər verir ki, "Arsenal”ın 50 milyon funtluq təklifini geri çevirən Dortmund klubunun razılığa gəlməsində başlıca səbəb kimi onların 60 milyonluq tələbinin yerinə yetirilməsi göstərilir.

Bundan başqa, qabonlu hücumçunun transferilə bərabər, "Arsenal” qarşı tərəfə hazırda zədəli olan fransalı forvardı Olivye Jirunu da buraxmağa razılıq verib. Həmçinin London klubu Jirunu Alvaro Moratanın zədəli olması fonunda hücumçu problemi yaşayan əzəli rəqibi "Çelsi”yə də 35 milyon funt qarşılığında buraxmağa hazırdır.  

Qeyd edək ki, beynəlxalq "transfer pəncərəsi” fevralın 1-də bağlanır. Bu transferlərin həmin tarixədək rəsmiləşəcəyi gözlənilir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb