İNSAN MANİFESTİ: Vaqonda yaşayan pnevmoniya xəstəsi - ANN.TV 20 noyabr

10:00 | 20.11.2015
İNSAN MANİFESTİ: Vaqonda yaşayan pnevmoniya xəstəsi - ANN.TV  20 noyabr

İNSAN MANİFESTİ: Vaqonda yaşayan pnevmoniya xəstəsi - ANN.TV 20 noyabr

Uşaqlıqdan bizi belə böyüdürlər: hər çətinliyin öhdəsindən gəlməlisən. Amma bəzən bu çətinlik o qədər ağır olur ki... Nə qədər çəkirsən-çək, nə yük yüngülləşir, nə də çiyinlər boşalır. Öhdəsindən  gəlmək mümkün olmayanda, ağır yük çiyindən başa qalxır. Və bu zaman insan manifesti yaranır...

ANN.TV-nin "İnsan manifesti"nin qəhrəmanı 2 azyaşlı uşağın anasıdır. Onun bütün həyat mübarizəsi övladları üçün normal həyat şəraiti yaratmaqdan ibarətdir. Bu qadın Ağdam rayonundan məcburi köçkün düşsə də, o, nə qaçqın həyatını, nə də adi vətəndaş həyatını yaşaya bilir. Dəmir vaqon almaq üçün bankdan kredit götürən bu qadını həyat sıxdıqca sıxır. Üstəlik, borc-xərc aldığı, məskunlaşdığı vaqon övladının ağır xəstəlik tapmasına səbəb olub. İndi bu yükü çək, görüm, necə çəkirsən?

Rüxsarə xanımın həyat tarixçəsini onun öz dilindən eşidək...

Hazırladı:
Aynur Əlisoy
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM