“İntellektual” çəkilişlər reallaşdıran videokamera

19:55 | 11.08.2015
“İntellektual” çəkilişlər reallaşdıran videokamera

“İntellektual” çəkilişlər reallaşdıran videokamera

"Graava” videokamerasının funksiyaları "intellektual” çəkilişlər etmək imkanı ilə zənginləşdirilib.
 
"ICTnews” xəbər xidmətinin "www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, qurğu beş ötürücü ilə təchiz edilib: sensor videokamera, ürək döyüntüsü monitoru, akselerometr, GPS ötürücüsü və mikrofon.
 
Ötürücülərin komandasına əsaslanaraq, kamera yalnız onun sahibinə maraqlı olan anların çəkilişini həyata keçirə bilir.
 
Nəticə olaraq, misal üçün, velosiped yürüşünün üç saatlıq çəkilişi əvəzinə, kamera yürüşün ən maraqlı anlarını qeyd edən 15 dəqiqəlik videoçarx yaddaşa həkk edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb