"İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə problem yaratmayıb"

20:03 | 14.01.2016

"İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə problem yaratmayıb"

 "İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunda işlərin aparılmasına maneə yaratmayıb”.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
 
"Dövlət başçısının sərəncamı ilə bu il Bakı-Tiflis-Qars dəmir yoluna maliyyə Dövlət Neft Fondundan ayrılıb. Orada 22-25 dərəcə şaxta olmasına baxmayaraq, həmvətənlərimiz tikinti işlərini davam etdirirlər”, - deyə o bildirib.
 
C. Qurbanov əlavə edib ki, Azərbaycan tərəfinin nəzarət etdiyi sahədə xırda işlər qalıb: "İşlərin 85 faizi artıq yekunlaşıb. Yanacaqla işləyən lokomotivlə o yolda hərəkəti təmin edə bilərik, yükləri daşıya bilərik”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb