İran Ermənistan ərazisindən Gürcüstana təbii qaz nəql edəcək

15:06 | 04.01.2016
İran Ermənistan ərazisindən Gürcüstana təbii qaz nəql edəcək

İran Ermənistan ərazisindən Gürcüstana təbii qaz nəql edəcək

Tehran Tbilisi ilə danışıqlar aparır

İranın təbii qazının Ermənistan ərazisindən keçməklə Gürcüstana nəqlinə dair Tehran Tbilisi ilə danışıqlar aparır.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının "İran Milli Qaz Şirkəti"nin ("National Iranian Gas Company") təmsilçisi Əlirza Kamali bildirib.

"Gürcüstanla əldə edilən razılaşmaya əsasən, biz təbii qazı Ermənistan sərhədində çatdırmalıyıq. Gürcüstan isə həmin yanacağı Ermənistanla sərhədində təhvil alacaq", - deyə o söyləyib.

Ə.Kamali bildirib ki, Gürcüstana ötürüləcək təbii qaz Avropaya nəql edilmək üçün deyil, ölkənin daxili tələbatının ödənilməsindən ötrü nəzərdə tutulub.

Məlumata görə, İran 300-500 milyon kub fut (1000 kubmetr - 28,3 kub futdur) həcmində təbii qaz ötürəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM