İranda qadın hamının gözü qarşısında başını açdı, həbs edildi - VİDEO

19:58 | 09.03.2019
İranda qadın hamının gözü qarşısında başını açdı, həbs edildi - VİDEO

İranda qadın hamının gözü qarşısında başını açdı, həbs edildi - VİDEO


İranın Kəngavər şəhərində məcburi hicaba etiraz olaraq küçədə baş örtüklərini açan daha 2 qadın həbs edilib.
Sonxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.

İki qadın küçədə baş örtüklərini açaraq yürüşə başlasalar da, az sonra polis əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıblar.
Qadınların kamerayla çəkən isə onlardan birinin əridir.

O, video-görüntüdə bildirir ki, həyat yoldaşının geyimlə bağlı seçim haqqı olmalıdır və onu dəstəkləyir: "Göründüyü kimi şəhər əhalisinin bizimlə heç bir işi yoxdur. Çünki Kirmanşah əhalisi həmişə mədəni insanlar olublar və gələcəkdə də olacaqlar".

Hadisənin video-görüntüsünü təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM