İrandakı aksiyaların arxasında Əhmədinejad dayanır?

00:33 | 04.01.2018
İrandakı aksiyaların arxasında Əhmədinejad dayanır?

İrandakı aksiyaların arxasında Əhmədinejad dayanır?

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri ölkədə bir həftədir davam edən etiraz aksiyalarının arxasında sabiq prezident Mahmud Əhmədinejadın olduğu fikrini irəli sürüb.

Qaynarinfo.az xəbər verir ki, komandan eks-prezidentin adını açıq şəkildə vurğulamasa da hadisələrin arxasında onun ola biləcəyinə işarə edib. Yerli mətbuatda Cəfərinin "sabiq məsul şəxs” adlandırdığı şəxsin məhz Mahmud Əhmədinejad olduğu ilə bağlı iddialar yayılıb.

Komandan bildirib ki, son günlər baş verən hadisələr inqilabın əsas sütununu hədəf alan həmin şəxsin nəzarətində olan saytların vasitəsilə etirazçılara çağırış edilərək həyata keçirilib.

"Təhlükəsizlik orqanları bu məsələni araşdırır. Hadisələrin arxasından həmin şəxsin olduğu ortaya çıxarsa, onun barəsində lazımi tədbirlər görüləcək”, – deyə o, bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb