İrandan Bəhreynə xəbərdarlıq

17:40 | 21.06.2016
İrandan Bəhreynə xəbərdarlıq

İrandan Bəhreynə xəbərdarlıq

İran rəsmisi Bəhreyn hökumətinə silahlı mübarizə barədə xəbərdarlıq edib. Sünni idarəçiliyində olan krallıqda tanınmış şiə ruhanisinin vətəndaşlığı alınıb.

İyunun 20-də Bəhreynin Daxili İşlər Nazirliyi Ayətulla Isa Qassem-ı mövqeyinə söykənərək "xarici maraqlara xidmət”də, "təriqətçilik və zorakılıq” yaymaqda suçlayıb. "Xarici maraqlar” dedikdə, şiə İranının nəzərdə tutulduğu görünür.

Bu qərardan sonra minlərlə insan Qassem-ə dəstəyini bildirməkdən ötrü onun Diraz kəndindəki evinin qarşısına toplaşıb.

Qassem Bəhreynin şiə çoxluğunun mülki və siyasi hüquqlar uğrunda etirazlarını dəstəkləyir.

İran İnqilab Qvardiyasının komandiri Qasem Soleimani Bəhreyn hökumətinə xəbərdarlıq edib ki, Qassem-ə qarşı hərəkətlər "ağır nəticələr” verə bilər.

ABŞ Dövlət Departamenti də Bəhreynin qərarından narahatlıq bildirib. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb