İranla necə qonşu dövlət olmaq olar? - ROLL CALL

16:01 | 29.11.2013
İranla necə qonşu dövlət olmaq olar? - ROLL CALL

İranla necə qonşu dövlət olmaq olar? - ROLL CALL

Aleksandros Petersen

 

Obama administrasiyasının İranla çox spesifik nüvə sazişinin imzalamasıyla əlaqədar  ABŞ-ın regiondakı əsas müttəfiqləri oyundan kənarda qalırlar.

Bundan başqa imkan var ki, Obama administrasiyası İsrailin, Bəhreynin və Azərbaycanın maraqlarını Niksonun yaxınlaşma strategiyasının tipi üzrə kompleks strategiyaya daxil etsin. Axı əks halda, bu nəinki bizim dostlarımızı təhlükə altına salacaq, həm də regionda düşmənçiliyi alovlandıracaq və ABŞ-ın uzunmüddətli maraqlarına zərbə vuracaq.

 

Konqress hər şeyi götür-qoy etmək imkanına malikdir və bunu etməlidir. Konqressin üzvləri Amerika-İran siyasətində şəxsən maraqlıdırlar və bunu daha geniş görməlidirlər.

Ötən ay, hələ sazişə qədər İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda olarkən  İrana yönəlik siyasətinə görə ABŞ-la kifayət etməyən koordinasiyayla əlaqədar dərin narahatçılıq ifadə etdi. İsrail üçün, İran tərəfindən təhlükə yalnız nüvə silahıyla bağlı deyil, həm də İsrailin mövcudluğu səbəbi ilə İslam Respublikasının hərbiləşməsi və regionda olduqca aqressiv mövqedə olmasıdır. Bu, özünü Fars körfəzində, İrandan təhlükə gəldikdə, beynəlxalq neft ixracı üçün nəzərdə tutulmuş Hörmüz boğazını bağlamaq və əlbəttə, Suriyada və Livanda, iranyönlü qüvvələr olan – Bəşər Əsədin və Hizbullahın qeyri-sabitlik gətirməsində özünü göstərir.

Axı bu region həm də qonşu İsraillə də həmsərhəddir və Netanyahu bilir ki, İran hətta nüvə silahı olmadan belə, Yaxın Şərqdə ən ciddi təhdiddir.  ABŞ-İran arasında yaranan mülayimlikdən irəli gələn narahatlığa görə heç kim İsrail rəhbərliyini ittiham edə bilməz. Bu mülayimlik qlobal nüvə təhlükəsini azalda, amma bununla belə, Tehrana stabilliyi pozan regional ambisiyalarının reallaşdırması üçün cəsarət verə bilər.

ABŞ-ın rəhbərliyi altında və sazişin tərkib hissəsi kimi sanksiyalar və təzyiqlər zəiflədikdə, onlar bizi necə inandıra bilərlər ki, ABŞ-ın müttəfiqləri regionda təhlükəsiz şəraitdədirlər?

 

ABŞ-ın Beşinci Flotunun Hərbi-Dəniz Qüvvələrlərinin yerləşdirildiyi Fars körfəzinin kiçik monarxiyası olan Bəhreynin liderləri narahatdırlar. Son iki il ərzində bu adalar döyüşçülərin ayrı-ayrı terror aktlarına dözməli olub, onlar güya əksəriyyətin hüquqları - şiə əhalisi uğrunda Bəhreynin sünni hökmdarlarına qarşı mübarizə aparırlarmış. 2011-ci ildə Bəhreyndə olduğu kimi, daha geniş zorakı qiyamlar qonşu Səudiyyə Ərəbistanının gücüylə qarşısı alınır, çünki indiyə qədər Vaşinqton ən azı, buna gözlərini şüurlu olaraq bağlayırdı. Əslində bütün tərəflər bilir ki, İran üsyanı öz kolleqalarını ABŞ-ın hərbi əməliyyatlarını, eləcə də ərəb rejiminin devrilməsində iştirak edən şiələri açıqca dəstəkləməklə təhrik edir.

Bununla belə, ABŞ prezidenti Barak Obama BMT Baş məclisindəki çıxışında Bəhreyndəki vəziyyəti Suriyada və İraqda "dini qruplar arasında gərginliklə" müqayisə etdi. Bəhreyn rəhbərliyi ölkəsinin daxilində İran təsirlərinin qanuniləşdirməsindən incik düşdü, o zaman dövlət əleyhinə güclər son iki il ərzində ən böyük mitinqlərdən birinin təşkilatına həvəsləndirilmişdi. Administrasiya Bəhreyndə idarə ilə bağlı real təhlükələr gördükdə, bu zaman ABŞ-ın müttəfiqini İran hiylələri ilə üz-üzə qoymağın yeri deyil.

 

Yaxın keçmişdə administrasiyanın böyük məsləhətçisi Robert Aynhorn bildirdi ki, biz İranın qonşularımızla "kifayət qədər işləmirik" və administrasiya onlarla "daha intensiv konsultasiyalara başlamağa" məcburdur ki, öz müttəfiqlərini taleyin ümidinə buraxmamağa zəmanət versin.

Qeyd: məqalənin orijinalını buradan oxuya bilərsiniz: "What About Iran's Neighbors?"

Tərcümə: Ramil Rahiboglu   

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM