İŞİD Azərbaycanda içməli suları zəhərləmək istəyir - TƏXRİBAT

15:12 | 30.09.2016
İŞİD Azərbaycanda içməli suları zəhərləmək istəyir - TƏXRİBAT

İŞİD Azərbaycanda içməli suları zəhərləmək istəyir - TƏXRİBAT

Azərbaycan üçün növbəti təhlükə

ANN.Az xarici mediaya istinadən xəbər verir ki, İŞİD terror təşkilatının üzvləri Azərbaycanda içməli su kəmərlərini zəhərləməyi planlaşdırırlar.

Yayılan məlumata görə, İŞİD-çilər Avropa İttifaqı və MDB-nin bir sıra şəhərlərində eyni əməliyyatları həyata keçirmək istəyirlər. Terrorçular çoxmənzilli binaların su kəmərlərinə zəhərli preparatlar qatmaq və bununla insanları məhv etmək arzusundadırlar. 

Rusiya Daxili İşlər Nazirliyinin əldə etdiyi informasiyaya əsasən, bundan əlavə Yaxın Şərqin, Avropa İttifaqı və MDB-nin iri şəhərlərində genişmiqyaslı kimyəvi hücumlar təşkil edəcəklər.

Məhz bu əməliyyatlar çərçivəsində ilk hədəf su təchizatı olacaq. Terror aktlarının reallaşdırılmasında "tənha canavarlar"dan istifadə ediləcəyi planlaşdırılır.

İslam Dövləti (keçmiş: İraq Şam İslam Dövləti) — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşma, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmiş tanınmamış dövlət və terror təşkilatıdır.

İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü.

Rəşid MUSTAFAZADƏ


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb