İslam dünyasının mərkəzində katolik məbədi - FOTOREPORTAJ

14:03 | 09.08.2016
İslam dünyasının mərkəzində katolik məbədi - FOTOREPORTAJ

İslam dünyasının mərkəzində katolik məbədi - FOTOREPORTAJ

Rüstəm Qasımov

Türkiyə dünyanın tək-tük ölkələrindən biridir ki, burada islam və xristianlıq harmoniya içində mövcudluqlarını davam etdirirlər. Bu gün sizinlə İstanbulun böyük katolik mərkəzlərindən birinə - Müqəddəs Antoni kilsəsinə (Antuan Paduanski) baş çəkəcəyik. Bu məbəd İstanbulda dini tolerantlığın simvollarından sayılır. 

Ecazkar məbədin yanından soyuqqanlı şəkildə keçmək mümkün deyil. Neoqotik üslubda qırmızı kərpicdən tikilən Müqəddəs Antoni məbədi dərhal diqqətləri cəlb edir. Bu qeyri-adi, unikal tikilinin memarı Culio Monqeridir. Məbədin tikintisi 6 il çəkib və 1912-ci ildə başa çatıb. Maraq doğuran təkcə tikili deyil, ətrafdakı memarlıq nümunələri də həmçinin. 

 Kilsə hər gün işləyir və 8:00-dan 19:00-a qədər. Məbəd haqqında daha ətraflı məlumat öyrənmək üçün  www.sentuan.com saytına baş çəkmək olar. Ziyarətçilərin dediyinə görə, Miladda kilsə daha da gözəlləşir və qeyri-adi mühit hökm sürür. Maraqlı cəhətlərdən biri də kilsənin əməkdaşlarının, keşişlərin ayinləri bir neçə dildə ingilis, italyan, türk və polyak dillərində demələridir. 

Bu gözəllik abidəsindən hazırladığımız fotosesiyanı təqdim edirik. 

Xoş seyrlər: 
 


























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb