İspaniya İsrailə silah satmaqdan imtina etdi

19:51 | 05.08.2014
İspaniya İsrailə silah satmaqdan imtina etdi

İspaniya İsrailə silah satmaqdan imtina etdi

İspaniyanın Qəzzəyə yönəlmiş hərbi hücumlar səbəbindən İsrailə silah satışını müvəqqəti olaraq dondurmaq qərarına gəlibANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu haqda ispan kütləvi informasya vasitələri məqalələr dərc ediblər. "Anadolu" Agentliyinin xəbərinə görə, hökumətə yaxın qaynaqlar tərəfindən İspan mətbuatına sızan məlumatlarda İsrailə mövcud vəziyyətdə silah satışı edilməsi dayandırlıb, Qəzzada hərbi əməliyyatlar dayandırılmayınca lazım olan hərbi materiallar təslim edilməyəcək. İspaniya Xarici İşlər, Ticarət və Müdafiə nazirlikləri və milli kəşfiyyat təşkilatının nümayəndələrindən ibarət Müdafiə Sənayesi Xarici Ticarət İdarəsi sonuncu yığıncaqlarının birində belə bir qərara gəlib. 2013-ci ildə İspaniyadan İsrailə 4,9 milyon avroluq hərbi vəsait satılıb, ixrac edilən hərbi ləvazimatların daha çox tapança, bomba fitili, işıqlı əl bombası olduğu ifadə edilib. İspaniyanın ən çox silah satdığı ölkələr Körfəz ölkələri hesab olunur. 2013-ci ildə bu ölkələrə cəmi 1 milyard 240 milyon avroluq satış reallaşdırılıb. İspaniya hərbi çevrilişlər zamanı Misirə, döyüşlərin getdiyi Liviyaya və bir müddət Venesuelaya da hərbi silahların satışını durdurmuşdu.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb