İsrail də Suriyada əməliyyatlar keçirir

11:28 | 02.12.2015
İsrail də Suriyada əməliyyatlar keçirir

İsrail də Suriyada əməliyyatlar keçirir

İsrail milli maraqlarını müdafiə etmək və "Hizbullah” hərəkatının  müasir növ silahlara malik olmasına mane olmaq məqsədilə vaxtaşırı Suriyada əməliyyatlar keçirir.

APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
 
"İranın səyləri ilə bizə qarşı yönəlmiş daha bir cəbhənin yaranmasının qarşısını almaq üçün biz vaxtaşırı Suriyada əməliyyatlar keçiririk. Biz həmçinin təhlükəli müasir silahların Suriyadan Livana keçirilməsinin qarşısının alınması istiqamətində işlər görürük”, deyə "The Jerusalem Post” baş nazirin dediklərini sitat gətirib.
 
Netanyahunun sözlərinə görə, İsrail bu tip əməliyyatları gələcəkdə də davam etdirmək niyyətindədir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb