İstanbuldakı qanlı partlayışın yeni görüntüləri

14:30 | 20.03.2016
İstanbuldakı qanlı partlayışın yeni görüntüləri

İstanbuldakı qanlı partlayışın yeni görüntüləri

Ötən gün saat 11 radələrində istanbulda törədilmiş terror aktının yeni görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, müşahidə kamerasına düşmüş yeni kadrlarda terrorçu-kamikadzənin hərəkətləri və özünü necə partlatması aydın görünür.

Görüntülərdə qara rəngdə geyinən kişi və onun bir az qarşısında olan qadın diqqət çəkir. Terrorçu əvvəlcə ətrafa göz gəzdirir, daha sonra isə irəliyə - küçənin mərkəzinə doğru hərəkət etməyə başlayıb və özünü partladır.

Partlayışın təsirindən yaxınlıqda olan insanlar yerə yıxılır. Çaşqın vəziyyətə düşən sakinlər hadisə yeindən uzaqlaşmağa çalışırlar. Yerdə cəsədlərin olduğu görünür. Həmin görüntüləri sizə təqdim edirik.

Ötən gün səhər saat 11 radələrində İstanbulun ən turistik ərazilərindən biri olan İstiqlal caddəsində - Taksim meydanı yaxınlığında terrorçu-kamikadze özünü partladıb.

Terror aktı nəticəsində 5 nəfər ölüb, 7 nəfəri ağır olmaqla 39 nəfər yaralanıb. Ölənlərdən biri terrorçu-kamikadzedir. İstanbul valisi Vasip Şahin bildirib ki, yaralılardan 24 nəfəri xarici ölkə vətəndaşıdır.

Onun sözlərinə görə, yaralılardan 9-u xəstəxanadan buraxılıb, 7 nəfərin vəziyyəti isə ağır olaraq qalır. Terror hadisəsi ilə bağlı cinayət işi açılıb və işi 5 prokuror araşdıracaq. Terror hadisəsini başda ABŞ və NATO olmaqla bir sıra dövlətlər ən sərt şəkildə qınayıb.

İstanbuldakı terror aktı ilə bağlı yayılan ilk video aşağıdakıdır.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb