İstedadlı rəssam Ucal Ahverdiyevin yubileyi

20:07 | 13.06.2015
İstedadlı rəssam Ucal Ahverdiyevin yubileyi

İstedadlı rəssam Ucal Ahverdiyevin yubileyi

Rüstəm Qasımov

"Rəssam yaşayır, onun sənəti yaşayırsa,
Sənət də yaşayır, o qorunursa”.

Yaşasaydı, 9 iyunda Azərbaycanın istedadlı rəssamı, möhtəşəm insan Ucal Ahcerdiyevin 55 yaşı tamam olacaqdı. O qəfildən getdi, 2004-cü ilin 18 dekabrında ürəyi dayandı, onun cəmi 44 yaşı vardı. Bu il onun yubileyi ilə əlamətdardır, ona görə də bu gözəl rəssamı xatırlatmaq istədim.  

Birincisi, onun qeyri-adi adı var - Ucal, Azərbaycanca mənası ucal, zirvəyə qalx mənasını verən bu adı ona rəssam Mikayıl Rzaquluzadə verib. 

İkincisi, Ucal Ahverdiyev adını eşidəndə, biz böyük istedadlı Ahverdiyevlər ailəsini xatırlayırıq.  Atası Həsən Ahverdiyev rəssam, kitab və jurnal illustratoru idi. Onun ilk oğlu Əli opera müğənnisi idi və üstəlik şəkil çəkmək kimi gözəl əl qabiliyyəti vardı. İkinci oğul Hüseyn məşhur və seçilən memar, rəssam idi. Üçüncü oğul Ucal dahiyanə şəkillər çəkirdi, onun rəsmləri hamınınkından seçilirdi. 
 


Ucalın xanımı Yelena Haqverdiyeva da istedadlı rəssamdır, keçən il "Qız Qalası” qalereyasında onun gözəl qadınlarından ibarət olan sərgisi keçirilib. Ucal Ahverdiyevin oğlu Bütünay dünyagörüşlü, gənc və perspektivli rəssamdır. Keçən il onun da şəxsi sərgisi keçirildi, o burada əvvəlkilərindən tamamilə fərqlənən şəkillərini nümayiş etdirdi. 

Mənə elə gəlir ki, Ucal Ahverdiyev ailəsiylə fəxr edir, axı onun ailə üzvləri bir vaxtlar onun özünün etdiyi kimi şəkillər çəkir, həyatlarını yaradıcılığa həsr ediblər. 
 


İnsanlar bu möhtəşəm və qeyri-adi rəssamı uzun saçlarıyla və bütöv saqqalıyla tanıyırlar. Onun xoşrəftarını, həssaslığını, ağıllı baxışlarını və şeirlərini xatırlayırlar. 

Bütünay atasını belə xatırlayır: "O, böyük ürəyi olan adam idi, yüksəklərdə dayanan insan idi”.
 


Maraqlıdır ki, Ucalı tanıyan insanların bəziləri oğullarına onun şərəfinə Ucal adı qoyublar. 

Ucal Ahverdiyev Əzim Əzimzadə adına rəssamlıq məktəbini və Azərbaycan Pedeqoji universitetini bitirib, Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O zəhmətkeş insan olub, çox sayda insanla dostluq edib, hələ onun xatırlayanların olduğu bir çox şəhərlərdə olub. "Labirint” rəssamlıq qrupunun üzvü olub. 
 


"Atam qrafika ilə məşğul olurdu, nəhəng kağız vərəqələrə insan, balıq, gəmi və pilləkən miniatürləri çəkirdi. Jurnal və kitablar üçün akvarellə möhtəşəm illustrasiyalar çəkirdi” , - Bütünay deyir. 
 
 

Ucal Ahverdiyev özündən sonra çox sayda rəssamlıq və qrafik işləri qoyub getdi. Ucal Ahverdiyevin rəsmlərinin süjeti əfsanələrdən və miflərdən gəlirdi, bəziləri özünün təsəvvürünün məhsuluydu. Qadınların təsvir edildiyi çox sayda işləri də var, bu rəsmlərdən qəhrəmanların hissləri və onların mürəkkəb daxili aləmləri əks olunur.  
 


Ömrünün son beş ilini Ucal Bakıdakı Arxangel Mixail kilsəsinin nəzdindəki apostol Varfolomey provaslav kilsəsində rəsmlər çəkməyə həsr etmişdi. Bu dövrdə o, kanonik incəsənətlə məşğul olurdu. Bu hətta onun şəkil çəkmək üslubuna da təsir etmişdi, onun işləri əvvəlkindən fərqlənirdi. Rus və slavyan ikona rəssamlığı onun xoşuna gəlirdi. Ucal Ahverdiyev İncili oxuyurdu və "Müqəddəs Yeronim”, "Misirdən qaçış”, "Babil qülləsi” kimi incil süjetlərini əks etdirən şəkillər çəkirdi. O, öz madonnalarını böyük və sevgi ilə çəkirdi.  
 


Rəssam kilsədəki işini tamamlaya bilmədən vəfat etdi, ancaq onun xanımı, oğlu və dostları bunu onunçün tamamladılar. Ucal Ahverdiyevin yaradıcılığıyla tanış olmaq istəyənlər Arxangel Mixail kilsəsində onun istedadının rəmzi olan rəsmlərə baxa bilərlər. 

Onun rəsmləri insanlara zövq verir. Ucal Ahverdiyevi təkcə doğmaları deyil, onun rəsmlərinə bələd olan isanların hamısı sevir və dəyərləndirirlər, onun işləri hər zaman insanlara sevinc bəxş edəcək.  
 




















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM