İstiqlal Muzeyində vətənpərvərlik sərgisi açıldı - FOTOLAR

15:50 | 24.10.2014
İstiqlal Muzeyində vətənpərvərlik sərgisi açıldı - FOTOLAR

İstiqlal Muzeyində vətənpərvərlik sərgisi açıldı - FOTOLAR

Rüstəm QasımovAzərbaycan İstiqlal Muzeyində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş “Yaşa, var ol hər zaman, doğma Vətən – Azərbaycan!” adlı sərginin açılışı oldu.İsmayıllı rayonu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi bu sərgidə həmin rayonun Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” və rəsm dərnəklərinin üzvlərinin 60-dan çox əl işləri nümayiş etdirildi.Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, İsmayıllı rayonunun Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva, sərgi iştirakçılarından birinin valideyni Zabul Mirzəyev və sərgi iştirakçısı Mehrin Novruzzadə çıxış etdilər.Tədbirə İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” və rəsm dərnəklərinin üzvləri, Bakı şəhər məktəblərinin şagirdləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar qatılmışdılar.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM