İtaliya şirkəti Sumqayıtda zavod tikəcək

13:37 | 07.04.2015
İtaliya şirkəti Sumqayıtda zavod tikəcək

İtaliya şirkəti Sumqayıtda zavod tikəcək

İtaliyanın "Kinetics Technology” şirkəti SOCAR ilə  polipropilen və digər materialar istehsal edəcək zavodun Sumqayıtda inşaatına dair razılıq əldə edib. Bu barədə şirkətin məlumatında deyilir.

Oxu.Az xəbər verir ki, müqavilənin ümumi dəyəri 350 milyon avrodur.

Bu Azərbaycanda ilk polipropilen zavodu olacaq, istehsalat gücü ildə 180 000 ton olacaq. Bundan başqa müqavilə mühəndis xidmətləri, avadanlığın, materialların çatdırılmasını və istismar sınaqlarını nəzərdə tutur.

Müqavilənin imzalanma mərasimi Azərbaycan və İtaliya nümayəndələrinin iştirakı ilə aprelin 14-də Bakıda baş tutacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb