İtaliyanın tanınmış aktyoru vəfat edib

15:05 | 28.06.2016
İtaliyanın tanınmış aktyoru vəfat edib

İtaliyanın tanınmış aktyoru vəfat edib

 İtaliyanın tanınmış aktyoru, prodüser və peşəkar idmançı Karlo Pedersoli vəfat edib.

"Report" xəbər verir ki, aktyor 87 yaşında Romada dünyasını dəyişib.

Qeyd edək ki, 1929-cu ildə Neapolda anadan olan Karlo Pedersoli uşaqlıqdan peşəkar idmanla məşğul olub. 1 dəqiqə ərzində 100 metr məsafəyə üzən K.Pedersoli bu nəticəsi ilə ilk dəfə İtaliya çempionu adını qazanıb. O, 1952-ci ildə keçirilən Olimpiya oyunlarında İtaliyanı təmsil edib. İdman məşqləri zamanı gələcək sənət dostu Mario Cjirotti ilə tanış olan K.Pedersoli onun məsləhəti ilə kino sahəsində fəaliyyətə başlayıb.

O, 1967-ci ildə çəkildiyi "Allah bağışlayar... Mən yox!" filmi ilə kino aləmində məşhurluq qazanıb. Məhz həmin filmdən sonra sevimli aktyoru Trensi Spenserin şərəfinə Bad Spenser adını özünə səhnə təxəllüsü götürüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb