Azərbaycanda İxrac olunan meyvə-tərəvəzin həcmi azalıb

00:08 | 28.07.2021
Azərbaycanda İxrac olunan meyvə-tərəvəzin həcmi azalıb

Azərbaycanda İxrac olunan meyvə-tərəvəzin həcmi azalıb

Azərbaycandan ixrac olunan meyvə-tərəvəzin dəyəri bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12,8%, həcmi isə 5,7%  azalaraq  uyğun olaraq  206 170,83 min ABŞ dolları və  213 911,01 ton təşkil  edib. Bu barədə Anews.az-a Kənd təsərrüfatı Nazirliyindən məlumat verilib.  
 
Bu ilin ilk beş ayında Azərbaycandan ixrac olunan meyvə məhsulları meşə fındığı, alma, xurma və nar olub.

Ölkədən 10 549,83 min dollar dəyərində 24 062,89 ton alma ixrac olunub, ötən il ilə müqayisədə bu göstərici üzrə dəyər olaraq 19,9%, həcm olaraq isə 15,3% artım müşahidə olunub.

Bu il ölkədən 31 865,68 min dollar dəyərində (2,2 dəfə artım) 42 342.91 ton (2,3 dəfə çox) xurma ixrac olunub.
 
Ləman Qasımova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb