Jak Şirak xəstəxanaya yerləşdirilib

14:25 | 18.09.2016
Jak Şirak xəstəxanaya yerləşdirilib

Jak Şirak xəstəxanaya yerləşdirilib

Fransanın sabiq prezidenti Jak Şirak ağciyər infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
 
APA-nın "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 83 yaşlı sabiq prezident Parisdəki Pite-Salpetrier xəstəxanasına yerləşdirilib.
 
J. Şirakın bir neçə gün xəstəxanada qalacağı bildirilir. Sabiq prezident ailəsi ilə Mərakeşdən Parisə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.
 
Xatırladaq ki, J. Şirak 1995-2007-ci illərdə, yəni 12 il Fransanın 22-ci prezidenti olub. O, 14 il hakimiyyətdə olmuş F. Mitterandan sonra ən çox prezident vəzifəsini icra etmiş siyasətçidir. 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti