Jewishjournal: Azərbaycan - Şiyə və sünnilərin qeyri-adi harmoniyası

13:51 | 23.05.2016
Jewishjournal: Azərbaycan - Şiyə və sünnilərin qeyri-adi harmoniyası

Jewishjournal: Azərbaycan - Şiyə və sünnilərin qeyri-adi harmoniyası

Bir neçə gün əvvəl Amerikada nəşr olunan "The Jewish Journal" jurnalında Azərbaycanda şiyə və sünni harmoniyasından bəhs edilən məqalə dərc olunub. Məqalənin müəllifi Milix Yevdayevdir. Materialı təqdim edirik: 

Bizim paytaxtımız Bakı Cənubi Qafqazın ən böyük məscidi sayılan bənzərsiz gözəllikdəki Heydər Əliyev Məscidinə sahibdir. Müasir Azərbaycanın banisi sayılan ölkənin üçüncü prezidenti Heydər Əliyevin (1993-2003) şərəfinə adlandırılan məscid təkcə zahiri gözəlliyi ilə fərqlənmir. Fəaliyyətə başlamasından bəri o, həm də sülh, tolerantlıq və həmrəylik simvoluna çevrilib. 2016-cı ilin yanvarın 15-də Azərbaycan prezidenti İlham Əliyev ölkədə multikulturalizm ili elan etdi və bunun tərkib hissəsi olaraq, dövlət və ictimaiyyət nümayəndələri birlikdə bənzərsiz bir təcrübəyə qatıldılar - şiyə və sünni müsəlmanlar birlikdə ibadət etdilər. Heydər Əiyev məscidində hər cümə günü şiyə və sünni dindarlar sünni və şiyə imamların başçılığı ilə birlikdə ibadət edirlər. 

Azərbaycan əhalisinin 95%-i müsəlmanlardan ibarətdir. Onun 75 faizini şiyələr, 25 faizini isə sünnilər təşkil edir. Azərbaycan cəmiyyətindəki bənzərsiz özünəməxsusluqlardan biri eyni harmoniyanın müsəlman, xristian və yəhudilər arasında da mövcud olmasıdır. 

Mənim bir çox müsəlman ölkələrində gördüyüm sünni və şiyər arasındakı kəskin konfrantasiya və məzhəbçilik Azərbaycana xas deyil. Burada şiyə və sünnilər təkcə birlikdə ibadət etmir, həmçinin bir-birləriylə evlənirlər, birlikdə işləyirlər və qeyri-paralel harmoniyadan zövq alırlar. Burada şiyə və sünni evliliyindən dünyaya gələn çox sayda uşaqlar var. Bizim tolerantlıq və qarşılıqlı qəbullanma dəyərlərimiz ölkənin ən pis vaxtında -müharibə və işğal dövründə də pozulmayıb. Bunun sayəsində vətənimiz bir çox bəlalardan uzaq ola bilib. 

Azərbaycanda müsəlman icmalarına rəhbərliyi Azərbaycan və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə edir. Allahşükür Paşazadə dünyada yeganə müsəlman xadimdir ki, özlərinin uyğun qaydalarına uyğun olaraq həm şiyələrə, həm də sünnilərə fətva verə bilir. Onun birinci köməkçisi sünni imamdır. Şeyxülislam təkcə Azərbaycanın dini ictimaiyyətində deyil, o cümlədən Gürcüstanda  və Rusiyanın tərkibində olan Şimali Qafqazın Dağıstan, İnquşetiya, Çeçenistan, Qaraçay-Çərkəz bölgələrində də hörmətlə qəbul edilir. 

Azərbaycanın yəhudi icmaları - Mizrahu Dağ Yəhudiləri, həmçinin Aşkenazi Yəhudiləri də sünni və şiyələrlə birgə vicdan azadlığı və təcrübələrindən zövq alırlar, o cümlədən digər dinlərdən, məzhəblərdən olanlar: Ortodokslar, Katoliklər, Lüteranlar, LDS-lər və Yevagelistlər də. Burada təkcə sünni və şiyələrin deyil, yəhudilərin, xristianların və digərlərinin birgə ailələrinə, dostluqlarına, sinif yoldaşlıqlarına, iş əməkdaşlıqlarına və qonşuluqlarına rast gəlmək çox təbiidir. 

Bir çox görkəmli Yəhudi, Xristian və Müsəlman liderlər uzun illər boyu Azərbaycan sosial coğrafiyasındakı sülh və əmin-amanlıqdan bəhs ediblər. Hətta bu gün mən Bakıda dağ yəhudiləri sinaqoqundakı  baxçada oturub çay içərkən müxtəlif inanclardan olan insanların salamlarını alıram: insanlar ya yanımdan keçirlər və ya dayanıb mənimlə bir fincan çay içirlər. Halbuki biz bügünki dünyada tamam başqa mənzərə görürük, amma Azərbaycanda qəbullanma və digər mədəniyyətlərə və spiritual müxtəlifliklərə hörmət etmək gündəlik, normal həyatın tərkib hissədir. 

Məncə, bu çox şey deməkdir, çünki mənim Amerikadakı dostlarım da tolerantlıq problemləriylə üzləşirlər, xüsusilə prezidentlik kampaniyasının qızışdığı indiki məqamda, belə problemlər həmçinin Avropada və digə coğrafiyalarda da mövcuddur.  

Onlar küçələrdə zorakılığa, daimi multi-kültürəl çətinliklərə məruz qalanda hansı hissləri keçirirlər başa düşürəm. Mənim onlara deyəcək bir sözüm var: biz burada Azərbaycanda kollektiv dini harmoniyanın yeni modelini qururuq, bu model dünyanın digər yanlarındakılara bənzəmir, mən inanıram ki, bunun sayəsində biz yaşadığımız dünyada müsbət dəyişikliklər edə biləcəyik. 

Azərbaycandakı "Sülh və Dialoq düsturundan" danışarkən ümid edirik ki, xoş gələcək üçün Azərbaycanda sünni və şiyələr arasındakı sülh və əmin-amanlıq anlayışından çoxlu faydalı dərslər öyrənirik.
 
Mənbə: http://www.jewishjournal.com/mountain_jews_of_azerbaijan/item/azerbaijan_a_country_of_unusual_shia_sunni_harmony

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb