Jurnalist Cəmil Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib

15:02 | 17.04.2024
Jurnalist Cəmil Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib

Jurnalist Cəmil Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib

Jurnalist Cəmil Məmmədli 6 il 2 ay azadlıqdan məhrum edilib. Bu barədə onun jurnalist dostları məlumat yayıb.
 
Bildirilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. 
 
Cəmil Məmmədli ibtidai istintaq dövründə azadlıqda olub. O, prokurorun və zərərçəkmişlərin vəsatəti əsasında məhkəmədə həbs edilib.
 
Cəmil Məmmədli 221.2.2-ci ( xuliqanlıq) maddəsi ilə özünü qismən təqsirli bilib.

Jurnalist Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM