Jurnalistlərə ekstremal situasiyada işləmək öyrədiləcək - FOTOLAR

12:10 | 05.11.2015
Jurnalistlərə ekstremal situasiyada işləmək öyrədiləcək - FOTOLAR

Jurnalistlərə ekstremal situasiyada işləmək öyrədiləcək - FOTOLAR

Bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin klubunda "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi (Ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)" layihəsi çərçivəsində tədbir keçirilib. 

ANN.Az xəbər verir ki, tədbirdə BDU-nun jurnalistika fakültəsinin jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, BDU-nun professoru Şirməmməd Hüseynov, layihənin müəllifi, "Dinc Dünya" Araşdırma Mərkəzinin İdarə Heyətinin sədri Əlisafa Mehdiyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Prezident Administrasiyasının ictimaiyətlə əlaqə şöbəsinin, eləcə də Müdafiə, daxili işlər, fövqəladə hallar nazirliklərinin, televiziya, radio, qəzet, internet  informasiya saytlarının nümayəndələri, jurnalistika fakültələrinin müəllimləri, mövzu üzrə mütəxəsislər, təlimlərə cəlb edilən müxbir, reportyor, operator və başqaları iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd prezident İlham Əliyevin "Hərbi sirrin yayılmaması haqqında" qanuna dəyişiklik edilməsi haqqında sərəncamdan irəli gələn tələb və vəzifələrin həyata keçirilməsi, hərbi informasiya siyasətinin gücləndirilməsi və KİV nümayəndələri ilə iş, güc qurumlarının fəaliyyəti üzərində vətəndaş nəzarətinin formalaşmasında medianın rolunun yüksəldilməsidir.

Layihə çərçivəsində jurnalistlərə ekstremal şəraitin tələb etdiyi qanunları bilmək,  məsuliyyəti daşımaq, akkreditasiyanın gərəkliliyi və tələbləri, cəbhəyanı zonadan informasiya verməyin təcrübi və psixoloji tələbləri və s. mövzular üzrə jurnalistlərə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən professor Cahangir Məmmədli ekstremal jurnalistika sahəsində çalışanların fəaliyyətindən danışıb: "Ötən il cəbhədən yaranan vəziyyəti jurnalistlər elə şəkildə işıqlandırırdılar ki, az qala hərbi sirləri də ictimaiyyətə açıqlayacaqdılar. Bax, bunun üçün tədbirlər, layihələr təşkil etmək lazımdır ki, belə vəziyyətlərlə qarşılaşmayaq. Ümidvarıq ki, bu layihə ilə bu cür qeyri-peşəkarlıqlar aradan qaldırılacaq".

Layihənin müəllifi "Dinc Dünya" Araşdırma Mərkəzinin İdarə Heyətinin sədri Əlisafa Mehdiyev də ötən ilki hadisələrə toxunub: "Sözüm o jurnalistlərədir ki, keçən il cəbhədə baş verən hadisələri qeyri-peşəkar hazırlayaraq, bu vəziyyətə hazır olmadıqlarını bir daha göstərdilər. Bu layihəni hazırlamaqda məqsədimiz məhz eksterimal şəraitdə işləməyi bacaran jurnalistlər hazırlamaqdır". 

Tədbirdə MN-in Mənəvi psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general mayor Rasim Əliyev çıxış edib. Onun sözlərinə görə, ordu quruculuğunda informasiyaların çatdırılması zamanı jurnalistlərin öhdəsinə mühüm rol düşür: "Sözün gücü bəzən silahın gücündən də dəfələrlə artıq olur. Jurnalistlər hərbi mövzulardan yazarkən çox diqqətli olmalarını tövsiyyə edirəm".

Orxan Aslanlı
 
Foto müəllifi: Fərqanə Novruzova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM